"Media ilə bağlı mürtəce siyasətin müəllifi elə Əli Həsənovun özü idi"
Bizim.Media xəbər verir ki, bunu “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev 22 iyul Milli Mətbuat Günü ərəfəsində ölkədə medianın durumu, KİV-in fəaliyyəti, mövcud olan problemlər və perspektivlər ətrafında keçirilən müzakirələr zamanı söyləyib.
"Qanunla bağlı vəziyyəti şərh etməyəcəm, çünki fransızlar demişkən, qanun kağızda yazılmır, həyatda gerçəkləşir. Medianın son 30 illik tarixi də buna dəlalət edir. Qanun – hakimiyyətin medianı necə görmək istəyinin təzahürüdür.
Bildiyiniz kimi, “möhtəşəm 10 il” dövründə, yəni şanlı neft epoxasında hakimiyyətin apardığı media siyasətini qəbul etməmişəm. Barışmışam, qatlaşmışam, lakin qəbul etməmişəm. Və hətta tənqid etmişəm. Həm haqqin.az-ın səhifələrində, həm də media siyasətinə cavabdeh olmuş məmurlarla görüşlərdə.
Əli Həsənov ilə açıq görüşlərdə. Lakin tənqidlərimə cavab olaraq, Əli Həsənov həmişə bir iddia ilə çıxış edib. Sitat: “Mən bu siyasətin müəllifi deyiləm, icraçısıyam”. Yeri gəlmişkən, bu Əli Həsənovun məşhur kəlamıdır, cameə ilə görüşlərində tez-tez bu sitatdan istifadə edib.
Amma son 6 ay ərzində mediada baş vermiş, mən deyərdim, inqilabi dəyişikliklər Əli Həsənovun bu təqdimatını darmadağın etdi. Media ilə bağlı mürtəce siyasətin müəllifi elə Əli Həsənovun özü idi.
Amma mən bütün məsuliyyətin Əli Həsənovun üzərinə salınmasının da tərəfdarı deyiləm. Başqa mürtəce qüvvələr də var idi. İndi də var. Amma liberal düşüncəli mütərəqqi qanad onları üstələyir", deyə jurnalist bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:08 / 17.07.2021
"Media ilə bağlı mürtəce siyasətin müəllifi Əli Həsənov idi"- Eynulla Fətullayev
Hazırda oxunan: "Media ilə bağlı mürtəce siyasətin müəllifi Əli Həsənov idi"- Eynulla Fətullayev
Hazırda oxunan: "Media ilə bağlı mürtəce siyasətin müəllifi Əli Həsənov idi"- Eynulla Fətullayev
28937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.