DİM sədri: "Buraxılış imtahanlarının nəticələri keçən ilki səviyyədədir"

Hazırda oxunan: DİM sədri: "Buraxılış imtahanlarının nəticələri keçən ilki səviyyədədir"

28925

"Artıq III və II qrup üzrə qəbul imtahanları keçirilib. İyulun 27-28-də I və IV qrup üzrə də qəbul imtahanları keçiriləcək. Nəticələri isə imtahan keçiriləndən 15 gün sonra elan edəcəyik".

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, təşkilati nöqteyi-nəzərdən qarşıya qoyulan məqsədlərə çatıblar:

“Yalnız buraxılış imtahanlarının ilkin nəticələrini aparmışıq. İlkin təhlil göstərir ki, nəticələr keçən ilki səviyyədədir. O qədər gözəçarpan olmasa da, ümumən müsbət tendensiyalar var. Növbəti mərhələ üçün nəticələr necə olacaq, bunu deyə bilmərəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin