Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır

Hazırda oxunan: Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır

28842

2021-ci il iyunun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 min nəfər və ya 0,2 faiz azalaraq 1 milyon 677,6 min nəfər olub, onlardan 911,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 766,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bizim.Media xəbər verir ki, muzdla işləyənlərin 19,7 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,4 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu sahədə 3 min manatdan çox maaş verilir


2021-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz azalaraq 724,0 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin