Mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik ediləcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi” barədə fərmanda əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Ali Məhkəmənin Aparatının strukturu yenidən müəyyən ediləcək
Fərmana əsasən, Nazirlər Kabineti mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə onlara dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməsinə dair təklifləri üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Bizim.Media



























































































