Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə 34 hərrac keçirilib

Hazırda oxunan: Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə 34 hərrac keçirilib

28804

Azərbaycanda özəlləşdirilmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, onlayn xidmətlərin təşkili, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması investorların cəlb edilməsinə geniş imkanlar yaradır.

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2021-ci ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 34 hərrac keçirilib. Hərraclarda 123 dövlət əmlakı özəlləşdirilib.

Bunlardan 10-u səhmdar cəmiyyətlərinin səhm paketi, 26-sı kiçik dövlət müəssisəsi, 1-i yarımçıq tikili və 86-sı nəqliyyat vasitəsidir.

2021-ci ilin ilk 6 ayı ərzində 308 qeyri-yaşayış sahəsi, 403 müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi icarəyə verilib, 145 icarə müqaviləsinin müddəti uzadılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin