“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, müsabiqənin finalında iştirak edən 112 namizəddən 27-si qalib adını qazanıb.
Onlar müsabiqəyə müraciət edən 11 760 nəfər arasından idarəçilik səriştəsi və bacarıqlarına görə seçilən şəxslərdir.
MÖVZU İLƏ BAĞLI:
“Yüksəliş” müsabiqəsinin qalibləri məlum oldu
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəsini göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından, onların qalib elan olunmasına qərar verib.
Qaliblərin adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (//yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.
Qaliblərin adlarını təqdim edirik:
1. Quliyev Orxan Madar oğlu
2. Mürsəlzadə Ziya Məhəmmədəli oğlu
3. Əliyev Fərrux Mübariz oğlu
4. Xəlilova Rzazadə Leyla Qara qızı
5. Yusibov Orxan Aydın oğlu
6. Alıyev Kamil Amil oğlu
7. Hümbətov Cavid Vaqif oğlu
8. Seyranov Xamis Rəşad oğlu
9. Soltanov Elşən Şəmsəddin oğlu
10. Novruzov Nazim Mikayıl oğlu
11. Kərimov Samir Balaxan oğlu
12. Hüseynov Fəxri İslam oğlu
13. Mirzəzadə Elçin Yaşar oğlu
14. Süleyman Turxan Raquf oğlu
15. Mirzəliyev Ruslan Füzuli oğlu
16. Zakirov Orxan Tahir oğlu
17. Cəfərov Cəfər Əbülfət oğlu
18. Məmmədov Məhəmməd İlqar oğlu
19. Qafarzadə Ləman İsbəndiyar qızı
20. Alızadə Ramtiq Natiq oğlu
21. Mirzəzadə Vüqar Yaşar oğlu
22. Feyzullayev Tural Hicrət oğlu
23. Əliyev Semral Adil oğlu
24. Abbasov Saməddin Fəxrəddin oğlu
25. Qazı zadə Orxan Cavanşir oğlu
26. Məlikova Ülkər Mustafa qızı
27. Hidayətli Güldənə Şahin qızı
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir.
Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Bizim.Media