Təhsil nazirinin qəbulunda iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Təhsil nazirinin qəbulunda iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

28704

Təhsil naziri Emin Əmrullayev 23 iyul 2021-ci il saat 16:00-da Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlər də iştirak edə bilərlər.

Qeyd olunan rayonların sakinləri 12-17 iyul (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin