Pomidorun müflis etdiyi sahibkarlar: “İndi də banklar bizi məhv edir...”

Hazırda oxunan: Pomidorun müflis etdiyi sahibkarlar: “İndi də banklar bizi məhv edir...”

28678

“Hazırda pomidor mövsümü bitib. Sahibkarlar çox pis vəziyyətdədir. Gömrükdə maneələr aradan götürüləndə artıq gec idi. Bütün mallar xarab olmuşdu. Müflis olmuşuq, aldığımız kreditləri ödəməyə pul yoxdur” 

Bu barədə Bizim.Media-ya Şəmkirli fermer Nahid Məmmədov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

POMİDOR BÖHRANI – Fermerlər AQTA-dan niyə şikayətçidir?


Onun sözlərinə görə, hazırda Şəmkir sahibkarlarının hamısının durumu eynidir: 

“Düzdür, gömrükdə indi sıxlıq yaşanmır, heç məhsul da yoxdur. Bəzilər TIR-larla mallarını Rusiyaya yolladılar, lakin məhsul artıq yerinə çatanda xarab olmuşdu. Həm də gömrük haqları bu il iki dəfə qaldırılıb, xeyri borcunu ödəmir”.

Nahid Məmmədov sahibkarlara banklarda hansısa güzəştin tətibiq olunmasını, faiz dərəcəsinin aşağı endirilməsi istəyi ilə də çıxış edib.

“Ən azından aidiyyatı olan dövlət qurumları sahibkarların problemi vəziyyəti ilə bağlı maraqlansınlar. Çünki, sahibkarlar hazırda banklardan götürdükləri kreditləri ödəyə bilmir, banklar bizi məhv edir. Yaranmış vəziyyəti nəzərə alaraq bank faizləri endirilsə, daha yaxşı olar”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin