Ağstafada maskalı şəxs evə girib 83 yaşlı kişini hədələdi və...

Hazırda oxunan: Ağstafada maskalı şəxs evə girib 83 yaşlı kişini hədələdi və...

0:00
0:00
28662

Ağstafa Rayon Polis Şöbəsinə iyulun 13-də rayonun Aşağı Göycəli kənd sakini, 83 yaşlı C.Əliyevanın yaşadığı evə girən maskalı şəxsin onu balta və bıçaqla hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alması, sonradan otağın döşəməsini yandırıb getməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, yanğın söndürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Heydərov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin