DSX axtarışda olan 278 nəfəri saxladı

Hazırda oxunan: DSX axtarışda olan 278 nəfəri saxladı

28641

Cari ilin iyun və iyul ayları ərzində Dövlət Sərhəd Xidməti tərəfindən ümumilikdə 239 kiloqram 158 qram narkotik vasitə, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatları qanunsuz dövriyyədən çıxarılıb.

Bizim.Media-xəbər verir ki, bununla yanaşı Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Xaş-Xaş-2021” şərti adı altında həyata keçirilmiş kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində iyun ayı ərzində Ağstafa, Qazax, Qubadlı, Yardımlı və Xaçmaz rayonlarının sərhədboyu ərazilərində ümumi çəkisi 9 ton 511 kiloqram olan 36 min 125 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilərək yandırılma yolu ilə məhv olunub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticə¬sində axtarışda olan 278 nəfər saxlanılıb, 33 şəxsin sənədlərinin saxtalaşdırılması və 12 şəxsin pas¬portunun qeyri-fəal olması müəyyən edilib.

Dövlət sərhədindən buraxılış məntəqələrində ölkədən çıxışına məhdudiyyət tətbiq olunmuş 442 nəfər və ölkəyə girişi qadağan olunmuş 16 nəfər şəxs dövlət sərhədindən buraxılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin