Hər gün 400 min tibbi maska istehsal olunur - FOTO

Hazırda oxunan: Hər gün 400 min tibbi maska istehsal olunur - FOTO

2858

COVİD-19-la bağlı ölkədə maskaya yaranan ehtiyac tamamilə ödənir. Hazırda bütün apreklərdə kifayət qədər maska ehtiyatı var. 

Bakı Tekistil Fabrikinin nəzdində fəaliyyət göstərən maska zavodu gündəlik  400 min tibbi maska istehsal  edir. Bu maskalar 3 qatdan ibarətdir. Tamamilə sterilizə olunur. Maskaları 4-6 saat müddətində istifadə olunmalıdır.

Qısa müddətdə ölkəmizdə 16 milyon tibbi maska istehsal olunub. Bunu Bizim.Media- ya Bakı Teksitil Fabrikinin direktoru Səkinə Babayeva ölkədə tibbi maska ehtiyacının ödənməsindən danışarkən bildirib. 

Bundan başqa, fabrik tibbi maskalarla yanaşı, önlüklər, tibbi kombizonlar, əlcəklər, papaqlar, qolçaqlar, həkim xalatlar kimi digər tibbdə lazım olan ləvazimatlar da istehsal edir.  

Maskanın satışda olan qiymətindən danışan Səkinə Babayeva əlavə edir ki, qiymət xarici ölkədən alınan xammaldan aslı olaraq tənzimlənir.  

“Xammalın əsasında maskaları 12-17 qəpik arasında bazara çıxarılır. Yəni, xammalı ucuz alanda qiymətdə münasib olur. Xaricdən xammal baha alınında isə qiymət yüksək olur”, deyə əlavə edib. 

Gülşanə Mustafayeva, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin