Ermənilər sülhməramlıların yerləşdiyi ərazidən Şuşanı niyə atəşə tutdu?

Hazırda oxunan: Ermənilər sülhməramlıların yerləşdiyi ərazidən Şuşanı niyə atəşə tutdu?

28533

“Qarabağdakı əli silahlı erməni separatçıları əvvəlcə Ağdama doğru ona görə atəş açdılar ki, bizə “yenidənqurma işlərinizə mane olacağıq” demək istədilər. İndi isə xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər”.

Bizim.Media xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu özünün feysbuk səhifəsində qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Ermənilər Şuşanı atəşə TUTDU


Onun fikrincə, erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, özləri şərait yaradırlar:

“Moskva Bakının izahat tələblərini qulaqardına vurur. Burası aydındır. Biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur”.

Politoloqun sözlərinə görə, müharibədə qələbə çalmışıq, ancaq bu təxribatların davamı göstərir ki, münaqişə hələ bitməyib. 

“Münaqişə o zaman bitəcək ki, 

1) Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar; 

2) Qarabağdakı erməni separatçıları tərksilah olacaqlar; 

3) Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq; 

4) Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq. 

Bunları həyata keçirmədən münaqişənin arxada qaldığını söyləmək erkəndir”.

Qeyd edək ki, iyulun 13-də saat 21:34-də və saat 21:45-də  Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin