DTX-nın istirahət mərkəzində yay məktəbinin açılışı keçirildi - FOTO

Hazırda oxunan: DTX-nın istirahət mərkəzində yay məktəbinin açılışı keçirildi - FOTO

28479

12 iyul 2021-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində “Kiber düşərgə - 2021” adlı yay məktəbinin açılışı keçirilib. 

Bizim.Media DTX-nin saytına istinadla  xəbər verir ki, 17 iyuladək davam edəcək və tanınmış təlimçilərin də cəlb olunduğu tədbirin keçirilməsində əsas məqsəd proqramlaşdırma, əməliyyat sistemləri, sosial media platformaları, robot texnologiyası sahələrində fundamental bilik və praktiki bacarıqlara malik məktəblilərin seçilməsi və onlara erkən yaşlarından kibertəhlükəsizlik sahəsi üzrə vərdişlərin aşılanmasıdır.

Əvvəlcə kiber düşərgə iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycanın qurucusu və banisi ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

“Kiber düşərgə - 2021” adlı yay məktəbinin İstirahət mərkəzinin akt zalında keçirilmiş açılışında DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) sədri Ülvi Mehdiyev, Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, DTX-nin kollegiya üzvləri və struktur bölmələrinin rəhbər şəxsləri, 12-15 yaş arası yeniyetmələrdən ibarət düşərgə iştirakçıları və onların valideynləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

DTX-nin aidiyyəti sahə üzrə məsul əməkdaşı kiber düşərgə barədə ətraflı məlumat verdikdən sonra iştirakçıları salamlayan DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, hazırda kibercinayətkarlıq ölkələrin milli təhlükəsizliyinə yönələn əsas təhdidlərdən biridir və bu da öz növbəsində kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı kadrlara olan tələbatı daha da artırır.

Xidmət rəisi “Kiber düşərgə - 2021” adlı yay məktəbinin ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunan gənclərimizin sözügedən sahə üzrə bilik və bacarıqlarını artıracağına, onların gələcəkdə kibertəhlükəsizlik üzrə mütəxəssis kimi formalaşmalarında önəmli rol oynayacağına əminliyini bildirərək iştirakçılara uğurlar arzulayıb. 

Respublikamızda informasiya texnologiyaları sahəsində görülən islahatlar barədə danışan general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı aparılan informasiya mübarizəsi çərçivəsində düşmən qüvvələrin həyata keçirdiyi kiber hücumların qarşısının digər əlaqədar dövlət qurumları ilə birlikdə qətiyyətlə alındığını xüsusi qeyd edib. 

Daha ətraflı linkdən tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin