Azərbaycanda mal-qara təsərrüfatlarında 10-15 ildən bir yayılan, müalicəsi mümkün olmayan ölümcül xəstəliyin aşkarlanması barədə artıq bir neçə vaxtdır ki, məlumat yayılıb.
Məlumata görə, xəstəliyi Ağcabədi rayonunun Kəhrizli kəndində Bakir Qəhrəmanova məxsus fərdi təsərrüfatda sahə baytar həkimi müəyyən edib.
Baytar həkim İlham Zeynalov bildirib ki, xəstəlik ölümcül və nadirdir, 10-15 ildən bir tək-tək təsərrüfatlarda yayılır.
Xəstəliyə yoluxan heyvanların 95%-i tələf olur, 5%-nin isə gözləri və ya ayaqları tutulur. Xəstəliyin tam müalicəsi isə yoxdur.
Zərəçəkən fermer isə bildirib ki, təsərrüfatında olan iribuynuzlu və xırdabuynuzlu heyvanlar sürətlə tələf olur. Təkcə ilkin yoluxma günlərində 8 baş iribuynuzlu, iki baş isə xırdabuynuzlu mal-qara tələf olub.
Qeyd edək ki, bu vəziyyət rayonda digər fermerlərin də narahatlığına səbəb olub.
Rayon baytarlıq idarəsindən isə bildirilib ki, fərdi təsərrüfatda baş verən tələfat barədə aidiyyatı qurumlar məlumatlandırılıb. Eləcə də qeyd olunub ki, tələf olan heyvanlardan nümunələr götürülərək laboratoriyaya göndərilib. Əldə olunan nəticələr isə xəstəliyin müalicəsinin mümkün olmadığını deməyə əsas verir.
Təhlükəli və nadir hesab olunan bu xəstəliyin adı nədir? Ən vacibi isə xəstəliyin kütləvi olaraq yayılması təhlükəsi varmı?
Bizim.Media-nın bununla bağlı sorğusu AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən cavablandırılıb:
“Məlumat daxil olduqdan dərhal sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən araşdırmalar başlanılıb, ölmüş heyvanlardan götürülmüş patoloji materiallar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Laborator müayinələrin nəticələrinə əsasən heyvanların ölümünə teyleryoz xəstəliyinin səbəb olduğu müəyyən edilib”.
Agentlik müəyyən edib ki, teyleryoz mövsümü olaraq gənələr vasitəsilə keçən qan parazitar xəstəlikdir. Xəstəliyin törədicisi xüsusi təhlükəli patogenlərdən hesab edilmir və insanlara yoluxmur.
Xatirə Nəsirli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:35 / 14.07.2021
RƏSMİ: Ölümcül xəstəliyin səbəbi bəlli oldu – MÜALİCƏ mümkün deyil!
Hazırda oxunan: RƏSMİ: Ölümcül xəstəliyin səbəbi bəlli oldu – MÜALİCƏ mümkün deyil!
Hazırda oxunan: RƏSMİ: Ölümcül xəstəliyin səbəbi bəlli oldu – MÜALİCƏ mümkün deyil!
28475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.