21 ixtisas üzrə həkimlərə həvəsləndirici vaxt veriləcək

Hazırda oxunan: 21 ixtisas üzrə həkimlərə həvəsləndirici vaxt veriləcək

28471

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nda dəyişikliklər edilib.

Agentlikdən Bizim.Media-ya bildirilib ki, dəyişikliyə əsasən, tibb işçilərinə verilən sabit həvəsləndirici əlavələr üzrə ixtisasların/vəzifələrin sayı artırılıb və yeni redaksiyada təsdiq edilib. Əvvəlki Qaydaya görə 16 ixtisas/vəzifə üzrə həkimlərə aylıq sabit həvəsləndirici əlavə verilirdisə, yeni dəyişikliyə əsasən hazırda bu say artırılaraq 21-ə yüksəlib. Qaydaya edilən bu dəyişiklik 01 aprel 2021-ci il tarixindən qüvvəyə minir.

Qaydaya edilən yeni əlavəyə əsasən, tibb müəsissələrində fəaliyyət göstərən həkim məsləhət komissiyasının üzvlərinə aylıq sabit 200 manat həvəsləndirici əlavənin ödənilməsi müəyyən edilib.

İşin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Yeni dəyişikliyə əsasən, həkimlərə verilən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun əmsallar tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin