TV-lərin reytinqinin ölçülməsində Türkiyə təcrübəsi öyrəniləcək

Hazırda oxunan: TV-lərin reytinqinin ölçülməsində Türkiyə təcrübəsi öyrəniləcək

28449

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) və Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində “Televiziya reytinqlərinin ölçülməsi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi” mövzusunda seminar keçirilib.

MEDİA-dan Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Türkiyədə televiziya reytinqlərini öyrənən TİAK “Televizyon İzleme Araştırmaları” Anonim Şirkətinin rəhbər şəxsləri, Azərbaycan Prezidentinin Administrasiyasının, İqtisadiyyat Nazirliyinin, MEDİA-nın, MTRŞ-nın rəsmi nümayəndələri, ümumölkə televiziya kanallarının rəhbərləri iştirak ediblər.

MTRŞ sədri İsmət Səttarov Azərbaycan–Türkiyə Birgə Media Platforması çərçivəsində keçirilən tədbirlərin davamı kimi bu tədbirin xüsusi önəmini vurğulayıb.

O, bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da audiovizual industriyanın inkişafının baza şərtlərindən biri keyfiyyətli və mötəbər televiziya izləmə reytinqlərinin ölçülməsidir.

Azərbaycanda bu sahədə olan mövcud problemlərin teleradio reklam bazarının zəif inkişaf etməsinə gətirib çıxardığı vurğulanıb.

Son illərdə bu sahədə inamlı addımlar atmış Türkiyə teleradio sahəsi və orada mövcud reytinq ölçmə sistemi Azərbaycanda da maraqla öyrənilir. 

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov Türkiyənin media sahəsində atdığı uğurlu addımlarının Azərbaycanda da yaxından izlənildiyini və həmin təcrübənin öyrənilməsinin müsbət əhəmiyyətini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin