Məzuniyyət üstündə MÜBAHİSƏ - İstirahət üçün hansı ay yaxşıdır? 

Hazırda oxunan: Məzuniyyət üstündə MÜBAHİSƏ - İstirahət üçün hansı ay yaxşıdır? 

28402

İş yerlərində keçirilən sorğular zamanı bir çox hallarda işçilərin yay məzuniyyətlərini avqust ayında götürməyə üstünlük verdiyini və bunun üstündə adətən narazılıqların olduğu məlumdur.

Ümumiyyətlə məzuniyyətin ilin hansı ayında götürülməsi daha məqsədəuyğundur? Bu baxımdan mövsümlər arasında fərq varmı?

Bizim.Media-nın araşdırmasına görə, ekspertlər məzuniyyət götürmək üçün əsasən yay aylarını seçməyi tövsiyyə edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Zərərli işlərdə çalışanlar nə etməlidir? - Bunlar QADAĞANDIR


Belə ki, qızmar günəş, çimərlik, axşamçağı mülayim əlverişli hava, yaşıl meşələr, dağ ətəkləri istirahət günlərini maraqlı keçirməyə imkan verir. Bu zaman immunitetiniz güclənir. Üstəlik yayda istirahət zamanı bol meyvə-tərəvəz yeyə bilirik ki, bu da orqanizmi faydalı maddələrlə təmin edir. Etiraf edək ki, gündəlik iş şəraitində heç də qida rejimimizə o qədər də diqqət yetirə bilmirik. Meyvə yemək isə bəzən yadımıza da düşmür.

Soyuq qış aylarının yorğun günlərindən sonra mart ayı da məzuniyyət üçün uyğun hesab olunur. Qışda immunitet aşağı düşür. Mart məzuniyyəti profilaktik xarakter daşıya bilər. 

Payız və qış aylarında da məzuniyyətə çıxmaq olar. Amma bir məsələ var – sentyabrda məzuniyyətə çıxanlar əsasən adapdasiya prosesindən qorxanlar hesab olunur. Onlar yayda yaxşı istirahət edəndən sonra iş başına qayıtmaqdan qorxduqlarından əksəriyyətin məzuniyyətdən qayıtdığı sentyabrı seçirlər.

ABŞ alimlərinin bir araşdırması isə xüsusilə diqqəti cəlb edir. Onlar hesab edirlər ki, ilin dörd fəslində azmüddətli məzuniyyətin götürülməsi daha yaxşıdır. Bu müddət bir həftə ola bilər.

Yayda məhz avqusta üstünlük verilməsinə gəlincə, bu sentyabrda tədris ilinin başlanması ilə əlaqələndirilir. İşləyən valideynlər övladlarına bazarlıq etmək, məktəb üçün digər hazırlıq işlərini görmək məqsədilə məhz avqusta üstünlük verirlər.

Hər bir halda müəxəssislər hesab edirlər ki, məzuniyyətin götürülməsi çox vacibdir.

Məzuniyyətsiz çalışanlar bu yorğunluğun vurduğu zərbələri sonradan öz səhhətlərində hiss edirlər. 

Digər tərəfdən isə məzuniyyət bütün iqtisadi sistemlərdə əmək münasibətlərini tənzimləyən qanunların vətəndaşlara verdiyi hüquqdur. Qanunvericilikdə məzuniyyət vaxtı məsələsinə gəlincə, qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işçi öz istəyinə uyğun olaraq il ərzində vaxt seçimini özü təyin edə bilər. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin