“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə iyulun 12-dən avqustun sonunadək şəhid övladları üçün yay düşərgələri keçiriləcək.
Bizim.Media bildirir ki, Dövlət Agentliyindən verilən məlumata görə, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.
Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək.
Düşərgə şəhidlərin 8-11, 12-14, 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edəcək.
Düşərgələrdə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən innovativ düşünmə tərzinin aşınlanması məqsədilə yarışmalar, habelə robotexnika, dron istifadəsi təlimləri, yuxarı yaşlı uşaqlar üçün isə “Hackathon” keçirilməsi nəzərdə tutulub.
Hər düşərgədə tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr (geyim dəstləri, şirniyyat bağlamaları, suvenir və əşyalar və s.) təqdim ediləcək.
Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunacaqlar.
Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgə sonrasında müalicə prosesinə cəlb olunacaqlar.
İyulun 12-də Lənkəran şəhərində otellərdən birində “YAŞAT” düşərgəsininin açılış mərasimi təşkil olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:40 / 12.07.2021
Şəhid övladları üçün “YAŞAT” düşərgəsi başlayıb
Hazırda oxunan: Şəhid övladları üçün “YAŞAT” düşərgəsi başlayıb
Hazırda oxunan: Şəhid övladları üçün “YAŞAT” düşərgəsi başlayıb
28367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.