Füzulidə partlayış zamanı şirkət əməkdaşının yaralanması ilə bağlı YENİ MƏLUMAT

Hazırda oxunan: Füzulidə partlayış zamanı şirkət əməkdaşının yaralanması ilə bağlı YENİ MƏLUMAT

28354

İyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Bizim.Media xəbər verir ki,bununla bağlı Füzuli rayon prokurorluğu məlumat yayıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin