“Bir ildən çoxdur ki, dünyada və ölkəmizdə koronavirus dəhşəti,Covid-19 infeksiyasının təhlükəsi yaşanır. Bir fərd olaraq əsasən çoxumuz öz ailəmizdə,yaxınlarımızda , dost -tanışlarımızda bu dəhşətli virusun fəsadlarını yaşadıq, gördük.Və inandıq ki, virus , doğrudan da çox təhlükəlidir”.
Bizim.Media xəbər verir ki, bu fikirlərlə tanınmış jurnalist Aytəkin Alxaslı çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Aytəkin Alxaslı: "Mən o deyiləm..." - VİDEO
Daha sonra o, qeyd edib:
“Mən özüm barədə deyə bilərəm ki, pandemiya yayıldığl ilk gündən bu xəstəliyin mövcudluğuna inznmışam və bütün gigiyenik qaydalara çox ciddiliklə əməl eləmişəm. Amma nə qədər qorunsam da qaça bilmədim qlobal bəla olan virusdan, 2020-ci ilin dekabr ayının 24-də bir gün əvvəl verdiyim testin nəticəsi pozitiv çıxdı. Deyim ki, çox cüzi yoluxdum, demək olar ki, heç bir ağır fəsadını hiss etmədim. Ölkədə və dünyada aparılan koronavirusla mübarizə tədbirləri mənə də diktə etdi ki, virusdan uzaq olmağın yeganə yolu vaksinasiyadır. Mən də qərara aldım ki, mütləq peyvənd vurdurmalıyam. Amma TƏBİB-də rəsmi qeydiyyatda olduğumdan vaksin vurdurmağım tezliklə mümkün olmadı.
Nəhayət, altı ayın tamamının səhərisi gün -iyunun 25-də Qusar rayon mərkəzi xəstəxanasında koronavirusa qarşı peyvəndin 1-ci dozasını vurdurdum. Çox rahat oldum: həm daxilən, həm də fiziki cəhətdən. Peyvəndin heç bir əks-təsirini də hiss etmədim. Həkim dostlarıma bu yerdə minnətdarlığımı bildirirəm.
TƏBİB-in Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru Mübariz Zeynalova və bütün kollektivinə təşəkkür edirəm.
Ümumiyyətlə, bu qənaətdəyəm ki, dünyanı lərzəyə salan koronavirus pandemiyasından qorunmağın yeganə yolu peyvənd olmaqdır. Bu bir mənalı belədir. Əgər yaşamaq istəyiriksə, bu işıqlı dünyanın nemətlərini, bu füsunkar təbiəti, doğma və əziz insanlarla ünsiyyəti seçiriksə, vaksin vurdurmaqdan çəkinməməliyik. Mənim kimi...”
Bizim Media