“Yüksəliş” müsabiqəsinin finalı yekunlaşdı - FOTO

Hazırda oxunan: “Yüksəliş” müsabiqəsinin finalı yekunlaşdı - FOTO

28242

“Bakı Ekspo Mərkəzi”ndə keçirilən “Yüksəliş” müsabiqəsinin finalı başa çatıb.

Bizim.Media xəbər verir ki, final mərhələsinin ikinci günündə müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, təhsil naziri Emin Əmrullayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, mədəniyyət naziri Anar Kərimov, Ombudsman Səbinə Əliyeva, “Yüksəliş” İctimai Birliyinin sədri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər şəxslər iştirak ediblər.

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edərək qonaqları salamlayıb və iştirakçılara uğurlar arzulayıb.

İşçi Qrupunun rəhbəri bildirib ki, Prezident cənab İlham Əliyevin 2019-cu il 26 iyul Sərəncamı ilə təsis olunan “Yüksəliş” müsabiqəsi peşəkar kadrların aşkara çıxarılması, onların stimullaşdırılması, ölkəmizin güclü kadr ehiyatı bankının formalaşdırılması məqsədilə Azərbaycanda ilk dəfə belə mütəşəkkil formada və fərqli imtahan formatında keçirilən müsabiqədir.

Fərhad Hacıyev müsabiqənin keçirilməsinin “Yüksəliş” İctimai Birliyinin İşçi Qrupu komandasına həvalə olunmasına, göstərilən etimada görə ölkə başçısına təşəkkürünü bildirib.

Finalda müsabiqənin əvvəlki mərhələlərini uğurla başa vuran 112 namizəd qalibiyyət uğrunda mübarizə aparıb.

Seçiləcək 20 nəfər qalibin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (//yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin