Rusiya Dumasının deputatı: “Solovyov barədə ölçü götürülsün!”

Hazırda oxunan: Rusiya Dumasının deputatı: “Solovyov barədə ölçü götürülsün!”

2814

Dövlət Dumasının deputatı Tamara Pletneva Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Oleq Dobrodeyevdən aparıcı Vladimir Solovievin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli çıxışlarına qarşı  ölçü götürülməsini tləb edib.

Qurumundan Solovyovun "daxili rus nüansları" ilə bağlı mövqeyini qiymətləndirməsini  istəyən deputat bu müraciəti jurnalit Anton Kulikovun xahişi ilə etdiyi söyləyib.

Pletnava bildirib ki, Rusiya federal mediasının jurnalisti Anton Kulikov onunla əlaqə saxlayaraq, Solovyovun təxribat xarakterli ifadə və hərəkətlərinə aydınlıq gətirməyi xahiş edib.

Jurnalistin sözlərinə görə, Solovyov "obyektivlik və siyasi düzgünlük prinsipinə əməl etmir.

Tam əksinə Dağlıq Qarabağda döyüşən tərəflərdən birini dəstəkləməyə köklü meyl göstərir.

“Kulikovun ifadəsinə görə, Solovyov və dəvət etdiyi qonaqlar Azərbaycan və Türkiyəyə qarşı xoşagəlməz hücumlara yol verərək yalnız erməni tərəfini müdafiə edirlər" -deyə Pletneva əlavə edib.

Millət vəkili deyib ki, Rusiyada 33 milyon müsəlman və əhalinin təxminən 10%-nin türkdilli xalqların nümayəndələri olduğunu xatırladan Kulikov, bu auditoriyanın Solovyovdan fərqli olaraq, Dağlıq Qarabağdakı vəziyyəti və Ermənistan-Azərbaycan münaqişəsini qiymətləndirdiyini vurğulayıb:

“Buna görə də müraciət müəllifinin israr etdiyi kimi, teleaparıcı Solovyov və onun efirə dəvət etdiyi siyasətçilər və ictimai fəalların son bir neçə həftə ərzində Azərbaycana qarşı bu cür qəti hücumları televiziya izləyicilərinin əhəmiyyətli bir hissəsi üçün yolverilməz və təhqiramizdir”- deyə Pletneva davam edir.

Müraciətdə bildirilir ki, teleaparıcının bu cür yanaşması vətəndaşların müəyyən hissəsi tərəfindən Rusiya hökumətinin rəsmi mövqeyi kimi qiymətləndirilə bilər və ölkədəki millətlərarası və konfessional harmoniyanı pozur:

“Müraciətin müəllifinə görə, vəziyyət tolerant və qərəzsiz yanaşmalar tələb edir.  Çünki birtərəfli siyasi meyl həm Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin və həm də bütün çoxmillətli ölkənin nüfuzuna baha başa gələ bilər.

Vladimir Solovyovun televiziya proqramlarının yaratdığı geniş ictimai rezonansı və qaldırdığı mövzunun şiddətini nəzərə alaraq, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri olaraq televiziya aparıcınının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini qiymətləndirməyinizi xahiş edirəm "- Pletneva belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin