Azərbaycan rouminq haqlarını ləğv edir – HANSI ÖLKƏLƏRDƏN pulsuz danışacağıq?

Hazırda oxunan: Azərbaycan rouminq haqlarını ləğv edir – HANSI ÖLKƏLƏRDƏN pulsuz danışacağıq?

28110

Azərbaycanlılar xaricə, hətta qonşu ölkələrə səfər edərkən yüksək rouminq tarifləri ilə üzləşirlər. Gürcüstan, Ukrayna, Belarus və Moldovaya səfər edən vətəndaşlarımızın rouminq xərcləri maksimum dərəcədə azaldıla bilər.

Bizim.Media xəbər verir ki, Multimedia İnformasiya Sistemləri vəTexnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında məsələ ilə bağlı mövqeyini bildirib:  

“Azərbaycan "Şərq Tərəfdaşlığı" təşəbbüsünə qoşulan ölkələrlə Regional Rouminq Razılaşması imzalayacaq. Uzun illərdir ki, Avropanın “EU4Digital” təşəbbüsü çərçivəsində buna hazırlıq getməsinə baxmayaraq indiyədək razılıq əldə etmək mümkün olmamışdı. Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasından görünür ki, ölkədə telekommunikasiya sektorunda fəaliyyət göstərəcək müstəqil tənzimləyici qurumun yaradılmasına çox az qalıb. Sazişin imzalanması ilə 6 ölkə arasında mobil rabitədə həm səs, həm SMS, həm də mobil data xidmətlərində rouminqin ləğvi və ya endirilmsi nəzərdə tutulur. 
Bu saziş daha effektiv informasiya münasibətlərinə imkan verəcək.

Qeyd edim ki, ucuz rouminq tariflərinin 2022-ci ildən qüvvəyə minməsi gözlənilir. Ümumiyyətlə 80%-dək ucuzlaşma gözlənilir”.

Ekspert əlavə edib ki, Avropa İttifaqı ölkələri öz vətəndaşları üçün 2009-cu ildən bu problemi həll edib, İttifaq 27 ölkədə rouminqi sıfırlayıb. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin