Paytaxtın populyar istirahət məkanlarından biri olan Bakı bulvarı həm də idmanla məşğul olanlar üçün fürsət yaradır. Burada səhər saatlarında qaçışla məşğul olanlara daha çox rast gəlinir. Buna baxmayaraq, bulvarda qaçış zolağı mövcud deyil.
Bərk asfaltın üstündə hərəkət etmək isə qaçışla məşğul olanların ayaqlarında problem yaradır, diz qapaqlarında ağrılar əmələ gəlir. Odur ki, hər səhər qaçış üçün şəhərətrafına gedə bilməyən sakinlər dənizkənarı parkda qaçış zolağının yaradılmasını arzulayırlar.
Qeyd edək ki, Azərbaycanda bu təcrübə var. O cümlədən də 2019-cu ildə təmir edilən Atatürk parkında , xüsusi qaçış zolağı və velosiped üçün yollar qurulub. Bəzi bölgələrdə yaradılan mərkəzi parklarda da idmansevərlər nəzərə alınıb.
MÖVZU İLƏ BAĞLI:
“Bakıda yaşıllıq sahələrinin artırılması nəzərdə tutulur”
Bakı Bulvarında belə bir zolağın qurulması nəzərdə tutulurmu?
Dənizkənarı Bulvar İdarəsində İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva
Bizim.Media-ya açıqlamasında bildirib ki, hələ ki, bu məsələ idarədə müzakirə olunmayıb:
“Bununla bağlı lahiyəmiz yoxdur. Bütün bulvar ərazisində onsuz da qaçış üçün şərait var. İnsanlar qaçır, sərbəst istifadə edirlər”.
Xatirə, Bizim.Media