İnsanları stəkan, fincan tutmağından da tanımaq olur - ÖYRƏNƏK - FOTO

Hazırda oxunan: İnsanları stəkan, fincan tutmağından da tanımaq olur - ÖYRƏNƏK - FOTO

28081

Əgər bir insana stəkanı iki əllə tutmaq rahatdırsa, deməli o inadkar və məqsədyönlüdür. 

Bizim.Media süfrədəykən insanları tanımaq üçün psixoloji faktları araşdırıb. Məsələn elə adamlar da var ki, stəkanı tək əllə və yuxarı hissəsindən tutur.

Onlar liderlik üçün doğulanlardır. İkinci dərəcəli rollar belələrinə maraqlı deyil. Azadlıq və sərbəstliyi sevirlər.

Stəkanı tək əllə aşağı hissəsindən tutanlar isə düşünülməmiş heç nə deməzlər. Məntiq və şüur onlar üçün emosiyadan üstündür.

Stəkanın böyründən tək əllə tutanlar isə dedi-qodudan uzaq adamlardır. 

Haşiyəyə çıxaraq deyək ki, qulplu stəkanları tutmağın da xasiyyət bildirən özəlliyi var. Məsələn işarə barmaqları ilə qulpdan tutub çeçeləni kənara uzadanlar, qıraqda saxlayanlar özündən və gücündən arxayın şəxslərdir. Tərs olan bu adamlar kompromisə nadir hallarda gedə bilirlər. 

Fincanı iki əllə tutan adamlar digərlərini dinləyə bilir, ehtiyacı olanlara kömək etməyi sevirlər. 

Elələri də var ki, "çaşka"nın qulpundan yumruqlarını sıxmış formada tuturlar. Onlar praqmatik, 2-3 addım irəlini düşünənlərdir.

Fincanın alt hissəsinə yaxın yerdən yapışanlar ehtiyatlı insanlardır. Həm qulpdan tutub, həm digər əli ilə kənardan toxunanlar həssas fərdlərdir. Onlara yaxınlarının fikiri önəmlidir. Fincanı barmaq toxunuşları ilə tutanlar xırda məsələlərə görə narahatlıq keçirmir. Onların "kozır"ı sakitlikləridir.

Növbəti yazıda şərab qədəhlərini müxtəlif cür tutmağın səbəblərini yazacağıq. Bizimlə qalın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin