COVİD-19-a qarşı ən yaxşı vaksin məlum olub 

Hazırda oxunan: COVİD-19-a qarşı ən yaxşı vaksin məlum olub 

2808

ABŞ-ın “Moderna” biotexnologiya şirkətinin hazırladığı vaksin COVID-19-a qarşı 94,5 % effektivdir.

Bizim.Media “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət açıqlayıb.

Bildirilib ki, 30 000 könüllü üzərində aparılan təcrübənin nəticələrinə görə, “Moderna” peyvəndi COVID-19-un, demək olar, bütün simptomlarını qabaqlamağı bacarıb.

ABŞ-ın Milli Səhiyyə İnstitutunun təyin etdiyi məlumatların təhlükəsizliyi üzrə müstəqil komissiyanın icmalına görə, plasebo qəbul edib koronavirusa yoluxan 90 nəfərlə müqayisədə 2 doza vaksin alan yalnız 2 sınaq iştirakçısı COVID-19-a yoluxub.

Peyvənd həmçinin COVID-19-un ağır hallarının da qarşısını ala bilib. Belə ki, peyvənd vurulan heç bir könüllüdə koronavirusun ağır halı aşkarlanmadığı halda plasebo qəbul edən 11 nəfərin vəziyyəti ağır olub.

Xatırladaq ki, Amerikanın nəhəng farmaseftik şirkətlərindən olan “Pfizer” və Almaniyanın biotexnoloji “BioNTech” firması onların koronavirusa qarşı vaksinin COVID-19-u qabaqlanması üçün 90 % effektiv olduğunu elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin