"Biz bəzi jurnalistlərin şəhid ailələrindən pul alması ilə bağlı faktları araşdırırıq. Bununla bağlı yerli icra hakimiyyətləri ilə təmasdayıq. Çünki onlar ünvan, əlaqə nömrəsi öyrənərkən ilk növbədə yerli icra strukturlarına müraciət edirlər".
Bizim.Media xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Ə.Amaşov bildirib ki, əgər, həqiqətən belə bir şey baş veribsə, utanc gətirən bir faktdır:
"Şəhid ailələrindən pul alınması bağışlanan hal deyil. Mütləq hüquq-mühafizə orqanları bu məsələləri diqqətdə saxlamalı, günahkarlar cəzalandırılmalıdır".
Qeyd edək ki, mediada bəzi jurnalistlərin şəhid ailələrindən pul alması ilə bağlı məlumatlar yayılmışdı.. (Trend)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:16 / 10.07.2021
Jurnalistlərin şəhid ailələrindən pul alması faktı araşdırılır
Hazırda oxunan: Jurnalistlərin şəhid ailələrindən pul alması faktı araşdırılır
Hazırda oxunan: Jurnalistlərin şəhid ailələrindən pul alması faktı araşdırılır
28072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.