Sumqayıtda qarajda iki nəfərin meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, ərazidə olan qarajlardan birinə keçirilən baxış zamanı orada olan avtomobildə qəsəbə sakini 2001-ci il təvəllüdlü Məmmədov Vahid İntiqam oğlu və tanışı, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini 1991-ci il təvəllüdlü Mahmudova Jasmina Hüseyn qızı ölmüş vəziyyətdə tapılıblar. Meyitlər müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Gənclərin ölüm səbəbləri araşdırılır.
Hər iki şəxsdən 3 gündür xəbər olmadığı bildirilir. Həmin şəxslər yaxınları tərəfindən axtarılıb. V.Məmmədovun iyulun 1-də hərbi xidmətdən gəldiyi və qarajın onlara məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Apa)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:17 / 09.07.2021
Əsgərlikdən yeni gəlmiş oğlanın qarajda qızla meyiti tapıldı
Hazırda oxunan: Əsgərlikdən yeni gəlmiş oğlanın qarajda qızla meyiti tapıldı
Hazırda oxunan: Əsgərlikdən yeni gəlmiş oğlanın qarajda qızla meyiti tapıldı
28025
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.