Bir aya yaxıındır ki, Azərbaycanda çimərlik mövsümü başlanıb. Ötən il qoyulan qadağanın “əvəzini çıxan” paytaxt sakinləri və Bakının qonaqlarının çimərliklərə kütləvi axını müşahidə olunur.
Bəs, hansı çimərliklər təhlükə və xəstəlik mənbəyidir?
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov Bizim.Media-ya açıqlamasında xatırladıb ki, ötən illərdə müvafiq qərarlarla Qaradağ rayonunda Sahil, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda Türkan, Səbail rayonunda yerləşən Şıx çimərliklərində vətəndaşların çimməsi qadağan edilib:
MÖVZU İLƏ BAĞLI:
Çimərlikdə BU XƏSTƏLİKLƏR aktivdir – EHTİYATLI OLUN!
“Həmin qərar bu il də qüvvəsində saxlanılır. Bakterioloji çirklənmə olduğu üçün həmin çimərliklərdən istifadə etmək olmaz. Qalan çimərliklərdə isə vətəndaşlarımız səmərəli istirahət edə bilərlər”.
Ziyəddin Kazımov bildirib ki, hər 15 gündən bir çimərliklərin monitorinqi aparılır.
Xatirə Nəsirli, Bizim.Media