Diplomatik korpusun nümayəndələrinin Füzuli və Şuşaya səfəri başladı

Hazırda oxunan: Diplomatik korpusun nümayəndələrinin Füzuli və Şuşaya səfəri başladı

27960

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların 100-dək nümayəndəsinin iyulun 9-da Ermənistanın işğalından azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb. Səfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında təşkil olunub.

Bizim.Media xəbər verir ki, səfərin məqsədi diplomatik korpusun nümayəndələrini Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər barədə məlumatlandırmaq, həmçinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərində aparılan bərpa-quruculuq işləri ilə tanış etməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır


Diplomatlar əvvəlcə Füzulidə beynəlxalq hava limanının tikintisi ilə tanış olacaq, “Füzuli” yarımstansiyasına baş çəkəcəklər.

Şuşada isə diplomatik korpusun nümayəndələri şəhərdəki tarixi və memarlıq abidələri ilə tanış olacaqlar.

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin