Bakıda bağ evlərinə tələbat artıb - Qiymətlərdə bahalaşma var

Hazırda oxunan: Bakıda bağ evlərinə tələbat artıb - Qiymətlərdə bahalaşma var

27926

Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.

Bizim.Media-nın məlumatına görə, MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyun ayı ərzində fərdi yaşayış və bağ evlərinin satış qiyməti 3.8 faiz, ötən illə müqayisədə isə 7.33 faiz bahalaşıb.

Onun sözlərinə görə, baha qiymətə olan fərdi yaşayış və bağ evlərinin satış qiyməti ötən ay 2.57 faiz, ötən illə müqayisədə isə 0.45 faiz artıb.

Orta qiymətə olan bağ evləri isə ötən ay 1.54 faiz, ötən illə müqayisədə isə 9.28 bahalaşıb. Ucuz qiymətə olan fərdi yaşayış və bağ evlərinin qiyməti ay ərzində 7.15 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.15 faiz bahalaşıb.

N.İbrahimov bildirib ki, bahalaşma mövsümi xarakter daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin