Qazax rayonunda Kür çayında batan iki nəfərdən birinin meyti tapılıb, digərinin axtarışları davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, İyulun 8-də axşam saatlarında Kür çayında (Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisi) batan 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Eyni vaxtda həmin ərazidə batan 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində Kür çayında batan şəxslərin axtarışlarına cəlb olunub.
Bizim.Media xəbər verir bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hazırda axtarışlar aparılır.
İlkin məlumata əsasən, çayda batanlar 1998-ci il təvəllüdlü Şirməmmədov Məhəd Elxan oğlu və 2006-cı il təvəllüdlü Fəttahov Həmzə Arif oğludur.
Əlavə məlumat veriləcək.
Bizim.Media