Bir neçə gün əvvəl sosial şəbəkədə paylaşılan yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov feysbuk hesabında məlumat verib.
O bildirib ki, Sosial Xidmətlər Agentliyi Bayıl ərazisində xəsarətlərlə dolaşan vətəndaşla bağlı mediada paylaşımları gördükdən sonra dərhal hərəkətə keçib:
“Məlumatı öyrəndiyimiz gündən Sosial Xidmətlər Agentliyi tərəfindən dərhal lazımı addım atılıb. Əməkdaşlarımız əraziyə göndərilib. 62 yaşlı Cəbrayıl (şərti addır) kişinin bədənində əvvəllər yaşadığı xoşagəlməz bir hadisədən sonra yanıq xəsarətləri olduğu müəyyənləşib. O, mütəxəssislərimizin iştirakı ilə təcili tibbi yardım avtomobili ilə 5 saylı Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib. Xəstəxanada müalicə prosesi yekunlaşdıqdan sonra Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilməsini təmin edəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:58 / 08.07.2021
Bayılda küçədə qalan yaşlı kişi xəstəxanaya yerləşdirildi - FOTO
Hazırda oxunan: Bayılda küçədə qalan yaşlı kişi xəstəxanaya yerləşdirildi - FOTO
Hazırda oxunan: Bayılda küçədə qalan yaşlı kişi xəstəxanaya yerləşdirildi - FOTO
27867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.