Zəngilanlılar Oxçuçayla bağlı Almaniya səfirinə müraciət etdi

Hazırda oxunan: Zəngilanlılar Oxçuçayla bağlı Almaniya səfirinə müraciət etdi

27842

Zəngilan rayonundan olan məcburi köçkünlər Almaniyanın “CRONIMET” şirkəti ilə bağlı tədbir görülməsi üçün bu ölkənin Azərbaycandakı səfiri Volfqanq Maniqə müraciət ediblər.

Bizim.Media-nın məlumatına görə, müraciətdə deyilir ki, Zəngilanın ekoloji terrora məruz qalması bizdə məyusluq yaradır:

“Ermənistannın çayın mənbəyində yerləşən Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatlarının toksik tullantıları, eyni zamanda, həmin şəhərlərin məişət-çirkab suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır.

Ermənistanda mədənçıxarma sahəsi üzrə fəaliyyət göstərən Almaniyanın “CRONIMET” şirkəti ekostandartlara riayət etmir, nəticədə yalnız Zəngilan rayonu üçün deyil, ətraf regionlar üçün də ekoloji terror təhlükəsi yaranır. Yaranmış problem çaydan suvarma məqsədilə istifadəni qeyri-mümkün edir, balıqlar kütləvi şəkildə məhv olur. Ekoloji standartlar ölkəsi olan Almaniyanı digər ölkələr üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olan “CRONIMET” şirkətinə qarşı təcili tədbir görməyə çağırırıq.

Biz - bu müraciəti imzalayan zəngilanlılar “CRONIMET” şirkətinin fəaliyyətinin təcili dayandırılmasını tələb edirik. Əks halda, ekoloji terror törədən təşkilat və Almaniya ilə əlaqədar beynəlxalq məhkəmələrə müraciət edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin