Əsgərlər nə vaxt evə buraxılacaq?

Hazırda oxunan: Əsgərlər nə vaxt evə buraxılacaq?

2784

Orduya səfərbər olan qüvvələri müəyyən müddət döyüşə hazır vəziyyətdə saxlamalıyıq. Hərbi vəziyyətin ləğv olunmasına son verildikdən sonra ilk növbədə könüllü gedənlər və qismən daha yuxarı yaş kateqoriyasında olan hərbiçilər ehtiyata buraxıla bilər.

Bunu Hərbi üzrə ekspert Ədalət Verdiyev Bizim.Media-ya II Qarabağ Savaşında iştirak edən orduda müddətdən artq qulluq edən  və  könüllü cəbhəyə gedənlərin geri dönməsindən daşarkən deyib.

“Bu prosesin 2021-ci ilin ilk aylarından tez olacağı da gözlənilmir”.

“Azərbaycanın Ermənistanla sərhədi Kəlbəcərlə geniş bir ərazini əhatə edir. O cümlədən də Qubadlı tərəfdən İran - Azərbaycan sərhədimizin də miyqası genişdir.

Bütün sərhədlərin təmin olunması, ayırma xəttinin qurulması bəlli bir müddət tələb edir. Sərhədlərdə təchizat işləri bitəndən, bu ərazilərin təhlükəsizliyi təmin edildikdən sonra birinci  könüllülər  ikinci   mərhələdə isə müddəti başa çatan hərbiçilər  ehtiyyata buraxıla bilər."

"İlk dəfə Azərbaycanda hərbi vəziyyəti 1992-ci ildə elan etmişik. Atəşkəs isə 1994-cü ildə  elan  olundu. Ancaq könüllərin və müddətdən artıq hərbi qulluqda olan  hərbiçilərin ehtiyata buraxılması  1996-cı ilə kimi davam edib. Bu birbaşa olaraq ölkə rəhbərliyinin konfidensiyasında olan qərardır”.

Ermənistan tərəfinə güvvənmək olmaz

“İlk növbədə əldə olunan razılaşma tam yerinə yetiriməlidir. Bildiyimiz kimi Kəlbərcədə ermənilərin köçürülməsində ləngimə baş verdi. Bu digər sahələrə də  yansıya bilər. İlk növbədə Azərbaycan tərəfi əmin olmalıdır ki, Ermənistan öz silahlı qüvvələrini ölkəmizin bütün ərazilərimizdən geri çəkəcək. Sonra sülh müqaviləsi imzalanmalıdır. Sülh müqaviləsinin şərtlərində Azərbaycanın  ərazi bütövlüyü təsdiqlənməlidir."

"Ermənistan tərəfi də bu vəziyyətlə barışmaldır. Proseslər başa çatmadan səfərbər edilən heyyətin buraxılması məqsədə uyğun hesab olunmur. Bunun üçün  şərait formalaşmalıdır. Son hərbi əməliyyatlar zamanı düşmən atəşkəsi üç dəfə pozdu. Düzdür, indi sülhməramlıların gəlişi ilə vəziyyət sabitdir. Ancaq bütün hallarda gözləmək lazımdır” – deyə əlavə edib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin