Payızda Azərbaycanı nə gözləyir? – SMS qaydası tətbiq ediləcək, metro bağlanacaq...

Hazırda oxunan: Payızda Azərbaycanı nə gözləyir? – SMS qaydası tətbiq ediləcək, metro bağlanacaq...

27822

Azərbaycanda karantin rejimi davam edir və bəzi qadağalar qalmaqdadır. Pandemiya hazırda həyatımızın atributlarından birinə çevrilib və nə zaman tərk edəcəyi haqqında da dəqiq fikir yoxdur. Bununla yanaşı vətəndaşları qaydaların yenidən sərtləşə biləcəyi narahat edir. 

Ekspertlər bunun payız aylarına təsadüf edəcəyini deyir və yenidən qadağaların sərtləşəcəyinə işarə edirlər. Metropalitenin fəaliyyətini dayandıracağı, iş yerlərinin bağlanacağı, SMS-in tətbiq edəcəyi ilə bağlı iddialar da səngimir.

Bununla yanaşı ölkəmizdə vaksinasiya prosesi sürətlə gedir. Az vaxtda ümumi əhalinin 40 faizə qədəri peyvənd alıb və ilin sonuna kimi bu rəqəmin kollektiv imunitet vəziyyətinə çıxarmaq mümkün olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Həkimdən HİDDƏT – “4-cü dalğa oyunlarını yığışdırın”


Müqayisə üçün deyək ki, Ermənistanda bu günə qədər peyvənd olunanların sayı cəmi 90 min nəfərdir. 

Vaksinasiya aparılan bir çox ölkələr sərtləşməyə getməyəcəklərini də elan ediblər. Məsələn, Böyük Britaniya karantin qaydaları ilə vidalaşır. Krallığın Baş naziri Boris Conson 19 iyuldan etibarən  koronavirusla bağlı məhdudiyyətlərin ləğv ediləcəyini açıqlayıb. 

Baş nazir bildirib ki, bu zamandan etibarən maska taxmaq məcburi olmayacaq, 1 metrlik sosial məsafə qaydası ləğv ediləcək, gecə klubları və böyük istirahət mərkəzləri də daxil olmaqla bütün iş yerləri açılacaq.

Onun sözlərinə görə, sentyabrın sonuna qədər 18 yaşdan yuxarı hər kəs peyvəndlənəcək ki, bu da məhdudiyyətləri ləğv etməyə əsas verir. Boris Conson həmçinin qeyd edib ki, 2 doza peyvənd vurduran şəxs koronaviruslu biri ilə təmasda olsa belə, təcrid edilməsinə ehtiyac qalmayacaq. 

Məlumdur ki, Azərbaycanda da vaksinasiya prosesi sürətlə aparılır. Artıq peyvənd olunanlar sayı 4 milyona yaxınlaşır. Bu amil ölkəmizdə də qadağalarla vidalaşmağa əsas verirmi?

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, konkret olaraq qaydalarla bağlı mütəxəssislər rəy bildirə bilər: 

“Bununla bağlı nəsə demək çətindir. Amma bütün hallarda bizdə də yumşalmaya gedilməlidir”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin