Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız gedəcək - SİYAHI

Hazırda oxunan: Azərbaycan vətəndaşları 68 ölkəyə vizasız gedəcək - SİYAHI

0:00
0:00
27800

“Henley & Partners” Pasportlar İndeksi ilə bağlı yeni məlumatlar dərc edib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı təşkilatın saytı yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Azərbaycan arasında viza ilə bağlı sənəd təsdiq edildi


Mənbə yazır ki, Yaponiya Pasport İndeksində 1-ci yeri tutur. 

Bu ölkənin vətəndaşları dünyanın 193 nöqtəsinə vizasız gedə bilər. Sinqapur (192 ölkə) ikinci, Cənubi Koreya və Almaniya (hər ikisi 191 ölkə) isə üçüncü yerdə qərarlaşıb. 

Azərbaycan isə Pasportlar İndeksində 86-cı yerdə qərarlaşıb. Respublika vətəndaşları dünyanın 68 ölkəsinə vizasız ziyarət edə bilərlər. 

Reytinqdə sonuncu - 109-cu yeri Əfqanıstan tutur. Bu ölkənin vətəndaşları dünyanın cəmi 26 ölkəsinə vizasız səfər edə bilər. 

Qeyd edək ki, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, qeyd olunan siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

I QRUP. 

- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.

Qeyd: Bir sıra ölkələr tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində müvafiq pasportlar üzrə mövcud olan vizasız gediş-gəliş rejiminin müvəqqəti dayandırılma və ya məhdudlaşdırılma halları mövcuddur. Bu xüsusda, müvafiq pasporta sahib Azərbaycan Respublikası vətəndaşlarına xarici ölkələrə səfər etmədən öncə həmin ölkə tərəfindən tətbiq olunan giriş-çıxış və viza qaydalarının dəqiqləşdirilməsini tövsiyə olunur.









II QRUP. 

- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;

- həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;

- Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;

- pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - “Qayıdış şəhadətnaməsi”nə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.



III QRUP

Bundan əlavə, hazırda aşağıda qeyd edilən ölkələr tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin