Azərbaycanda xarici vətəndaşlar media orqanı təsis edə bilməyəcək - SƏBƏB

Hazırda oxunan: Azərbaycanda xarici vətəndaşlar media orqanı təsis edə bilməyəcək - SƏBƏB

27759

Azərbaycanda xarici ölkə vətəndaşları media orqanı təsis edə bilməyəcək, xarici şirkətlər üçün isə müəyyən məhdudiyyət müəyyənləşir.

Bizim.Media xəbər verir ki, bu, “Media haqqında” qanunun ilkin versiyasında əksini tapıb. 

Layihəyə əsasən, media orqanlarının təsisçisi fiziki şəxs olduqda, Azərbaycan vətəndaşı olmalıdır.

Təsisçi hüquqi şəxs olduqda isə həmin hüquqi şəxsin səhmlərinin 75 faizinin Azərbaycan vətəndaşına, yaxud Azərbaycan vətəndaşlarına məxsus hüquqi şəxsə məxsus olması tələb kimi qoyulur. 

Xarici ölkə vətəndaşı və şirkətləri bu halda yalnız 25 faiz səhmə malik ola biləcək.

Qeyd edək ki, 25 faizlik hədd gələcəkdə həmin media orqanının inkişafına xarici sərmayə cəlb edilməsi üçün nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin