Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda başı telefona qarışan və qəza törədən avtobus sürücüsü ilə bağlı məsələyə münasibət bildirib.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bizim.Media-ya bildirib ki, sərnişindaşımalarda təhlükəsizliyin təmin olunması ən vacib məqamlardan biridir:
“Bununla bağlı “BakuBus” MMC də daxil olmaqla bütün daşıyıcılara mütəmadi olaraq tapşırıq və tövsiyələr verilir.
Sərnişinlərin həyatı üçün ciddi təhdid yaradan hərəkətlərin yolverilməz olduğunu qeyd edərək bildiririk ki, bu məsələ ilə bağlı “BakuBus” MMC-yə xəbərdarlıq edilib.
Analoji halların təkrarlanmaması üçün təcili surətdə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib”.
“Videodan da göründüyü kimi sükan arxasında mobil telefondan istifadə, sürücünün ani diqqətsizliyi məhz bu cür qəzalara səbəb olar.
Ona görə də bir daha nəinki avtobus, ümumiyyətlə sükan arxasında olan bütün sürücülərə bildiririk ki, yol hərəkəti qaydalarına əməl etsinlər”, - deyə M.Ağayev qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:39 / 07.07.2021
Qəza törədən sürücüyə görə “BakuBus”a xəbərdarlıq edildi - VİDEO
Hazırda oxunan: Qəza törədən sürücüyə görə “BakuBus”a xəbərdarlıq edildi - VİDEO
Hazırda oxunan: Qəza törədən sürücüyə görə “BakuBus”a xəbərdarlıq edildi - VİDEO
27753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.