Yağış yağdı, “Azərsu” yoxa çıxdı

Hazırda oxunan: Yağış yağdı, “Azərsu” yoxa çıxdı

2771

Yağış Bakını yenə iflic etdi.

Səhər saatlarından paytaxt küçələrində nəqliyyatın hərəkətində sıxlıq  yaranıb, uzunmüddətli tıxaclar əmələ gəlib.

Dayanacaqlarda saatlarla marşrut gözləyən sərnişinlər yağış altında çıxılmaz duruma düşüblər.

Gələn marşrutlar isə dolu olduğundan  qapıları açmadan  uzaqlaşıblar. 

Məsələ ilə əlaqədar  Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. BNA-dan Bizim.Media-ya bildirildi ki, yağıntının olması səbəbindən avtomobil sürücüləri ehtiyatla sürməyə çalışırlar.

Bu da marşrut avtobuslarının gecikməsinə və saatlarla tıxacda qalmasına səbəb olur. 

Bakı Şəhər İcra Hakimiyyətinin də məsələyə münasibəti eynidir. Qeyd olunur ki, kanalizasiya kollektorları yağış sularını lazımı səviyyədə çəkmədiyindən küçələrdə iri həcmli gölməçələr yaranıb.

Bu da nəqliyyatın  hərəkətində çətinliklər törədir. 

Məsələyə aydınlıq gətirmək üçün su-kanalizasiya xidmətlərinə cavabdeh  “Azərsu” ASC ilə əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verilmədi. 

Təranə Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin