Məşhur müğənni icra başçısını İSTEFAYA ÇAĞIRDI

Hazırda oxunan: Məşhur müğənni icra başçısını İSTEFAYA ÇAĞIRDI

27706

44 günlük Vətən savaşında ön cəbhədə könüllü olaraq xidmət edən tanınmış müğənni Vüqar Muradov Qax rayon İcra başçısı Musa Şəkiliyevi sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Facebook” hesabında paylaşım edib. 

“Qaxın İcra başçısı Musa Şəkiliyev, ya Qax camaatına dəyər ver, problemlərini həll et, şəhidin ailəsinə, qazilərə sahib çıx, ya da şələ-şüləni yığışdır, rədd ol get tutduğun vəzifədən. Sən oğullarını müharibədə gizlətdin, amma Sadiq canını qoydu vətən uğrunda. Sən qaxlıların bir nömrəli düşmənisən. Sənə bütün qaxlılar nifrət edir. Şəhidimin ayaqqabısında olan qeyrət sənin…

“Əvvəl necə kasıb yaşamısınız, indi də elə yaşayın”. Bu sözü yataqxanada ailəsi, üç uşağı qalan şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə deyib bu meşəbəyi Musa. Ağıllı ol Musa, ağıllı ol. Prezidentin şəhid ailələrinə, qazilərə ayırdığı pulları yemisən, üstündən su içmisən. Zəhər edərik sənə yediklərini. DTX bir zəhmət bu Musayla görüşün. Sizə güvənirik.” 

Xatırladaq ki, Musa Şəkiliyev bu vəzifəyə 11 il əvvəl təyin olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin