Toy mərasimlərində monitorinq aparıldı

Hazırda oxunan: Toy mərasimlərində monitorinq aparıldı

27704

Koronavirus infeksiyasına qarşı tələblərə nəzarəti təmin etmək məqsədilə yaradılan monitorinq qrupları şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırır və zəruri qaydalara əməl olunmaması hallarının qarşısını alır.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, monitorinqlər zamanı şənlik mərasimlərinn keçirildiyi məkanlarda tələblərin ciddi pozulması müəyyən edilməyib, rast gəlinən bəzi hallar isə yerindəcə aradan qaldırılıb.

Qeyd edilib ki, monitorinqlər zamanı yeni ailə quranlara hədiyyələr təqdim olunur, müvafiq qaydalar şənlik mərasimindən öncə bir daha toy və tədbirin keçirildiyi məkan sahiblərinin diqqətinə çatdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin