Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəvəçi kənd sakini Telman Balaqədəşov saxlanılıb.
Ona məxsus yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 34 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:24 / 06.07.2021
"Xaş-xaş-2021" əməliyyatı - həyətində çətənə yetişdirən şəxs saxlanıldı
Hazırda oxunan: "Xaş-xaş-2021" əməliyyatı - həyətində çətənə yetişdirən şəxs saxlanıldı
Hazırda oxunan: "Xaş-xaş-2021" əməliyyatı - həyətində çətənə yetişdirən şəxs saxlanıldı
27630
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.