Qarabağda rusların silahdan istifadə etmə hüquqları varmı ?- Açıqlama

Hazırda oxunan: Qarabağda rusların silahdan istifadə etmə hüquqları varmı ?- Açıqlama

2760

Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanatdır.

Bizim.Media  xəbər verir ki, sülhməramlılar üçün vacib amil neytrallığın (tərəfsizliyin) qorunmasıdır.

Ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov hesab edir ki, müvafiq razılaşma əsasında yaradılmış monitorinq qrupu sülhməramlıların fəaliyyətinin izlənilməsi və koordinasiyası ilə məşğul olacaq.

Hərbi ekspert həmçinin deyib ki, sülhməramlılarla bağlı beynəlxalq qanunvericilikdə onların silahdan istifadə halları, patrul qaydaları və digər amillər aydın təsbit olunub

Qeyd edək ki, Rusiya sülhməramlıları münaqişə zonasına müəyyən mandat və təlimatlar əsasında yerləşdirilib.

Üstəlik sülhməramlıların fəaliyyəti xüsusi mərkəzdən izlənəcək.

"Silahı maksimum məhdudlaşdıran amillər var. Onlar silahı həyatlarına təhlükə yarandığı və başqa yol olmadığı halda istifadə edə bilərlər. Onlar tam neytral mövqe tutcaqlar və bu neytrallığın aliliyini saxlamaqla tapşırıqları yerinə yetirəcəklər."

"Bütün faəliyyətlər video materiallarla müəyyən bir şəkildə çəkilib birbaşa monitorinq mərkəzinə göndəriləcək və oradan vəziyyətə uyğun hansı addımlar atılması barədə qərar qəbul olunacaq",-deyə sabiq briqada komandiri bildirib. (qaynarinfo)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin