Özünü asan müəllimin İNTİHAR səbəbi məlum oldu – “8 ay əvvəl...”

Hazırda oxunan: Özünü asan müəllimin İNTİHAR səbəbi məlum oldu – “8 ay əvvəl...”

27547

Xəbər verildiyi kimi Qəbələdə ötən gün müəllim intihar edib. Hadisə rayonun Vəndam kəndində yaşanıb. Məlumata görə 1958-ci il təvəllüdlü Mirzəliyeva Ədalət Səmit qızı yaşadığı evin həyətində özünü kəndirlə asıb.

Vəndam kənd inzibati ərazi üzrə nümayəndəsi İlham Bağırov Bizim.Media-ya açıqlamasında intihar hadisəsinin səbəblərindən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə intihar - müəllimə özünü asdı


O, deyib ki, Ədalət Mirzəliyevanın psixoloji durumları yerində olmadığı üçün özünə qəsd edib:

“Ədalət xanımın psixi durumu yerində deyildi. İki ay idi ki, Bakıdakı xəstəxanalardan birində müalicə alırdı. Ayrı heç bir problemi olmayıb. 8 ay əvvəl Ədalət müəllimənin həyat yoldaşı qəfil koronavirusdan dünyasını dəyişmişdi. Ondan sonra qadının psixoloji durumu pozuldu”.

İlham Bağırovun sözlərinə görə intihar edən qadın Vəndam 3 saylı kənd orta məktəbində kimya-biologiya fənnini tədris edirdi:

“Çox nümunəvi ailədirlər. Üç övladı var. Qızı ailə qurub. Həyat yoldaşı, özü və iki oğlu ali təhsillidir. Kənddə sakit və problemsiz bir ailə kimi tanınırdılar. Bu hadisəyə görə çox təssüflənirik”, deyə ərazi üzrə nümayəndə bildirib.

Qeyd edək ki, faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin