Şəkiyə gedənlər üçün şad xəbər – Artıq BAŞLANDI! – FOTOLAR

Hazırda oxunan: Şəkiyə gedənlər üçün şad xəbər – Artıq BAŞLANDI! – FOTOLAR

27524

Aylardır insanların şikayətinə səbəb olan 40 kilometrlik Oğuzdan Şəkiyə aparan avtomobil yolu nəhayət ki, yenidən qurulur.

Bizim.Media xəbər verir ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Oğuz rayonunun Bayan və Bucaq kəndləri istiqamətində asfalt örtüyü vurulur. Artıq yolun 5-6 km-lik hissəsinə asfalt döşənib.
 

MÖVZU İLƏ BAĞLI:

40 km-lik yolun təmiri niyə DALANA dirənib? – SƏBƏB


Qeyd edək ki, ötən il başlanan tikinti işləri yarımçıq qalmışdı. Söküntü işləri aparıldığından yol daha bərbad vəziyyətə düşmüşdü. Bu isə əhalinin, xüsusən də adıçəkilən rayonların sakinlərinin ciddi narazılığına səbəb olmuşdu.

Əlavə edək ki, 31.5 km-lik yolun əsas hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması planlaşdırılır. Genişləndirmə işlərinin aparılaraq, yolun eninin 9 metrə çatdırılması planlaşdırılır. 

3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub.

Yenidən qurulan avtomobil yolu 2 rayonun inzibati ərazisindən keçməklə 10-dan çox yaşayış məntəqəsini birləşdirəcək. 

Bu yol turizm həvəskarları üçün də rahatlıq yaradacaq. İşlərin çox sürətlə aparıldığını nəzərə alsaq, bir əskiklik çıxmasa, inşaat sentyabr ayına qədər yekunlaşdırıla bilər.

Dəqiq məlumat almaq üçün Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuzluğa düçar oldu. Gün ərzində Anar Nəcəflinin telefonuna zəng çatmadı.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin