Daxili İşlər Nazirliyi iyulun 3-də Bakıda keçirilən “Avro-2020”nin 1/4 final mərhələsində Çexiya – Danimarka matçında danimarkalı azarkeşlərin qaldırdığı LGBT bayrağının onların əlindən alınmasına münasibət bildirib.
Bizim.media bildirir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun yerli mətbuata verdiyi açıqlamaya görə, bu məsələ UEFA-nın müəyyən etdiyi qaydalarla tənzimlənir:
“Qaydalara görə, matç zamanı yalnız oynayan komandaların təmsil etdikləri ölkələrin bayraqları sərgilənə bilər. Matç gedişatında azarkeşlər tərəfindən bundan başqa hər hansı bayrağın və ya reklam xarakterli hansısa əşyanın qaldırılması qadağandır və yolverilməzdir.
Xatırladaq ki, UEFA həmin bayrağın Rusiyada keçirilən oyunlarda da qaldırılmasını qadağan etmişdi. Buna görə də Çexiya-Danimarka oyunu zamanı azarkeşlərdən biri tərəfindən qaldırılan bayraq UEFA-nın tələbinə uyğun olaraq dərhal polis əməkdaşları tərəfindən həmin şəxsdən alındı”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:54 / 05.07.2021
Bakıda azarkeşlərdən alınan LGBT bayrağı ilə bağlı açıqlama - RƏSMİ
Hazırda oxunan: Bakıda azarkeşlərdən alınan LGBT bayrağı ilə bağlı açıqlama - RƏSMİ
Hazırda oxunan: Bakıda azarkeşlərdən alınan LGBT bayrağı ilə bağlı açıqlama - RƏSMİ
27478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.