Həccə gedənlər 3400 manat cərimə olunacaqlar – TƏFƏRRÜAT

Hazırda oxunan: Həccə gedənlər 3400 manat cərimə olunacaqlar – TƏFƏRRÜAT

27452

Səudiyyə Ərəbistanı hökuməti Həcc ziyarəti zamanı müqəddəs yerlərə icazəsiz daxil olan şəxsləri 2000 ABŞ dolları həcmində cəza gözlədiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xarici vətəndaşlar Həcc ziyarətinə gedə bilməyəcək


Qeyd edək ki, iyunun 18-də başlayacaq Həcc ziyarətinə yalnız Səudiyyə Ərəbistanı vətəndaşları və ölkədə yaşama icazəsi olan xarici vətəndaşlar qatıla biləcək.

Eyni zamanda bu il yalnız koronavirus əleyhinə peyvənd olunmuş zəvvarlara ziyarət icazəsi verilib. Daha əvvəl isə, Səudiyyə Ərəbistanı hökuməti təhlükəsizlik tədbirləri səbəbindən ziyarətçilərə zəmzəm suyunu robotların paylayacağını elan etmişdi. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin