Masazırda yeni içməli su şəbəkəsi yaradılır

Hazırda oxunan: Masazırda yeni içməli su şəbəkəsi yaradılır

274250

“Azərsu” Açıq Səhmdar Cəmiyyətixa0Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində yeni layihənin icrasına başlanılıb.

xa0

Layihə çərçivəsində Masazır qəsəbəsinin Sarı Aşıq küçəsində vəxa0 ətraf ərazilərdəxa0 mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır. Bu ərazilərin böyük hissəsində mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılmış və istismar tələblərinə cavab verməyən şəbəkə hesabına aparılıb. Su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi. Xüsusilə yay aylarında yüksək ərazilərdə yerləşən evləri su ilə təmin etmək üçün suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq ərazidə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradıması layihəsinin icrasına başlanılıb.

xa0

Layihə çərçivəsində Masazır qəsəbəsi Sarı Aşıq küçəsi və ətraf ərazilərdə müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə bu ərazilərdə görülən işlərdən 5 minədək sakin faydalanacaq. Su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə yeni inşa edilən şəbəkə 2 nöqtədə əsas magistral xətlərə qoşulacaq. Bu da qəsəbənin relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini də dayanıqlı içməlixa0 su ilə təmin etməyə imkan yaradacaq.

xa0

Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin