Xəbər verdiyimiz kimi şair Əlisəmid Kür bu gün ailəsinin razılığı əsasında Respublika Klinik Xəstəxanasından evə buraxılıb.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən bildirilib.
Bildirilib ki, pasiyentə qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin olunmuşdu:
"Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi prosesi zamanı zəruri tibbi müdaxilələr həyata keçirilib, eləcə də yanaşı xəstəlikləri ilə əlaqədar onkoloq və digər müvafiq ixtisaslı həkimlərin iştirakı ilə konsiliumlar təşkil olunub".
Bizim.Media


































































































